Uşaqlar arasında ölümlə nəticələnən təhlükəli oyun populyarlaşıb. “WhatsApp” messenceri vasitəsilə paylaşılan və yayılan bu oyun bir sıra ekspertlərin narahatlığına səbəb olub.
Bu barədə Lenta.ru xəbər yayıb.
Oyuna əsasən, üç uşaq yan-yana dayanır. Əvvəlcə yandakı iki nəfər, az sonra ortadakı tullanır. Ortadakı tullandıqdan sonra yandakılar onun ayağına badalaq atırlar. Nəticədə, uşaq kürəyi üstə yerə yıxılır və başı yerə dəyir.
Məlumata görə, İsraildən başlayan və bütün dünyada yayılan oyuna görə artıq bir çox uşaq başından ölümcül travma alıb./oxu.az