Rusiya qırıcıları İdlibi BOMBALADI - Türkiyəli hərbçilər həlak oldu

21:20 - 20 Fevral 2020 - DÜNYA

Rusiyaya məxsus qırıcılar İdlib şəhərində müxalifət qüvvələrinin mövqelərini bombalayıb.

Publika.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, Rusiya tərəfinin açıqlamasında tələfat barədə məlumat verilməyib. Lakin rəsmi Moskva Türkiyə ordusunu müxalifət qüvvələrinə hərbi dəstək verməkdə ittiham edib. Rusiya Türkiyəni müxalifət silahlılarına hərbi dəstəyi dayandırmağa çağırıb.

Qeyd edək ki, bu açıqlamadan bir neçə dəqiqə sonra İdlibdə iki türkiyəli hərbçinin həlak olduğu, 5 əsgərin yaralandığı barədə məlumat yayılıb. Türkiyənin Müdafiə Nazirliyi hərbçilərin hava hücumu zamanı həlak olduğunu bəyan edib. Lakin hava hücumunun Rusiya qırıcılarının əməliyyatları ilə əlaqəsinin olub-olmadığı açıqlanmayıb.

Xəbər xətti