Rusiya koronavirus təhlükəsinə görə Çin vətəndaşlarının ölkəyə girməsinə qadağa qoyub.
Bu barədə Rusiya hökumətindən açıqlama verilib. Məlumata görə, Çin vətəndaşlarının ölkəyə girməsinin qadağa edilməsi barədə Baş nazir Mixail Mişustin qərar imzalayıb.Qərar sabahdan etibarən qüvvəyə minəcək.
Qeyd edək ki, Rusiyada iki nəfərdə koronavirusa rast gəlinib. Onlar Çin vətəndaşlarıdır./publika.az