Bu gün Türkiyənin Elazığ şəhərində baş vermis 4,2 ballıq zəlzələdən sonra qəzalı vəziyyətdə olduğu üçün qabaqcadan boşaldılan 6 mərtəbəli bina çöküb.
“Qafqazinfo” “İHA”ya istinadən xəbər verir ki, binanın uçma anı kameralara tuş gəlib. Binanın çökməsi nəticəsində xəsarət alan olmayıb.