ABŞ Rusiyanın 3 şirkətinə sanksiya tətbiq edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Dövlət Departamentinin Federal reyestrində dərc olunub. Sanksiyaya məruz qalan şirkətlər Tula şəhərindəki Şipunov adına Cihazqayırma Konstruksiya Bürosu, Maşınqayırma Elmi-İstehsalat Birliyi və “Kumertausk Aviasiya istehsalı müəssisəsi” Açıq Səhmdar Cəmiyyətidir.