Türkiyə Silahlı Qüvvələri Suriya hökuməti tərəfindən növbəti təxribat təqdirində Suriya ordusunun mövqelərinə zərbələr endirəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Prezident bildirib ki, Türkiyə Suriya rejiminin təxribatlarına göz yummaq niyyətində deyil. Onun sözlərinə görə, Türkiyə Suriya hökumətinin Soçi razılaşmalarına əməl etməsi üçün hər şeyi edəcək.
R.T.Ərdoğan əlavə edib ki, bu müddət ərzində İdlibdə 15 türk hərbçisi həlak olub, 45 nəfəri isə yaralanıb./trend