Türkiyənin Bolqarıstanla sərhəddə yerləşən Kapıkule gömrük-keçid məntəqəsində keçirilən əməliyyat nəticəsində 2 tondan artıq marixuana ələ keçirilib.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ruhsar Pekcan deyib.
“Gömrük mühafizə əməkdaşlarımız tərəfindən Kapıkuledə 2 ton 70 kq marixuana ələ keçirilərək yeni rekorda imza atılıb. Bu, ölkə tarixində quru sərhəddə birdəfəyə ələ keçirilən ən böyük miqdarda narkotikdir”, - nazir vurğulayıb.