Azərbaycan güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
Apasport.az saytının məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi debüt görüşündə Bolqarıstanın erməni əsilli idmançısı Aik Mnatsakanyanı üstələyib.
Pəhləvanımız təsnifat mərhələsindəki qarşılaşmada rəqibini 5:3 hesabı ilə məğlub edib. Bu qələbə Süleymanovu 1/8 finala yüksəldib.