Rusiyanın Rostov vilayətində qızları zorlamaqda və öldürməkdə ittiham olunan erməni əsilli manyak David Sarabaşyan barəsində istintaq tamamlanıb. Cinayət işi baxılmaq üçün məhkəməyə göndərilib.
Bu barədə ren.tv xəbər yayıb.
İstintaqın məlumatına görə, 2018-ci ilin oktyabr ayında D.Sarabaşyan gödəkçəsini 25 yaşlı bir qızın boğazına dolayaraq, huşu gedənə qədər sıxıb, sonra isə onu zorlayıb. Təcavüzdən sonra o qızı boğaraq qətlə yetirib.
Polis D.Sarabaşyanı tapdıqdan sonra onun buna bənzər bir çox cinayətləri də həyata keçirdiyi ortaya çıxıb.
Məlum olub ki, D.Sarabaşyan iki cinayəti 2000-ci ilin oktyabr və aprel aylarında törədib. Həmin vaxt o, Rostov-na-Donu şəhərində hərbi hissədə xidmətdə olub. D.Sarabaşyan özbaşına xidmət yerini tərk edib və 27-32 yaşlarında iki qadına təcavüz edib. D.Sarabaşyan qadınların boğazına kəmərini keçirərək adamsız yerə aparıb, onlara təcavüz edib, sonra isə boğaraq öldürüb.
2001-ci ilin noyabr ayında və 2003-cü ilin iyul ayında Leninavan xutoru ərazisində təqsirləndirilən şəxs eyni üsulla 16 yaşlı qızı və 41 yaşlı qadını da zorlayıb, sonra isə onları öldürüb.
2015-ci ilin mart ayında isə D.Sarabaşyan Rostov-na-Donuda 29 yaşlı qadına hücum edib. Ancaq ona təcavüz edə bilməyib, qız müqavimət göstərərək ondan qaça bilib.
Ekspertiza müəyyən edib ki, təqsirləndirilən şəxs hər hansı bir ruhi xəstəlikdən əziyyət çəkmir./oxu.az