İsveçrənin “Credit Suisse” bankının baş direktoru Ticani Tiam istefa verib.
“Report” bankın saytında dərc edilmiş press-relizə istinadən xəbər verir ki, artıq “Credit Suisse Group”un Direktorlar Şurası onun istefasını qəbul edib və vakant posta Tomas Qottştaynı təyin edib.
Qeyd olunur ki, T.Tiam bankın 2019-cu il üzrə işlərinin nəticələrini təqdim etdikdən sonra fevralın 14-də vəzifəsindən ayrılacaq. O, bankda 2015-ci ildən işləyirdi.
T.Qottştayn isə 20 ildən çoxdur “Credit Suisse”dədir. O, son zamanlarda bankın İsveçrədəki rəhbəri kimi fəaliyyət göstərirdi.