“Əl-Qaidə”nin Ərəbistan yarımadasındakı lideri öldürülüb

09:13 - 7 Fevral 2020 - DÜNYA

ABŞ-ın Yəməndə keçirdiyi əməliyyat nəticəsində "Əl-Qaidə"nın Ərəbistan yarımadasındakı lideri Qasim ar-Raymi öldürülüb.

Bu barədə Ağ Ev məlumat yayıb. Məlumata əsasən, "Əl-Qaidə"nin lideri Aymən əz-Zəvahirinin köməkçisi olan terrorçu ABŞ prezidenti Donald Trampın əmri ilə həyata keçirilən əks-terror əməliyyatında məhv edilib./trend

Xəbər xətti