Bu gün İtaliyada Milan-Bolonya marşrutu ilə hərəkətdə olan sürət qatarı relsdən çıxıb, nəticədə 1 nəfər ölüb, 30 nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.
Milandan yola çıxan sürət qatarı Lodi yaxınlığında relsdən çıxıb.
Xilasedicilərin məlumatına görə, qatarın sürücüsü ölüb, bir nəfər itkin düşüb, 30 nəfər yaralanıb. Yaralılardan 28 nəfər yüngül xəsarət alıb.
İlkin məlumata görə, qatarın iki vaqonu relsdən çıxıb.
Qəzanın baş vermə səbəbi hələlik məlum deyil.