İstanbulda sərnişin təyyarəsi qəzaya uğradı - Foto/Video (Yenilənib)

21:07 - 5 Fevral 2020 - DÜNYA

Məlumata görə, təyyarədəki 171 sərnişindən 52 nəfəri xəsarət alıb. 



20:07

Türkiyədə sərnişin təyyarəsi qəzaya uğrayıb. 


"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, "Pegasus" aviaşirkətinə məxsus layner Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxıb.

Belə ki, İzmir-İstanbul aviareysini həyata keçirən təyyarə sürüşərək dərəyə aşıb və müxtəlif hissələrə parçalanıb.

Qəza səbəbindən Sabiha Gökçen hava limanı fəaliyyətini dayandırıb, bütün uçuşlar İstanbul hava limanına yönləndirilib. 

Xəbər xətti