Fransanın materik hissəsində epidemiya yayıldığı elan olunub.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli İctimai Səhiyyə Agentliyinin bülletenində deyilir.
“4 noyabr 2019-cu il tarixindən etibarən 311 ağır qripə yoluxma halı qeydə alınıb, özü də bunun 49-u fevralın əvvəlindən bəri olan müddətdə yaşanıb... 26 nəfər – 15 yaşa qədər 3 uşaq, 15-64 yaşlarında olan 12 nəfər və 65 və daha yuxarı yaşlı 11 nəfər virusdan ölüb”, - sənəddə deyilir.
Məlumata görə, epidemiya bu günə qədər ölkənin bütün materik hissəsinə təsir edib. Antil adalarında da epidemiya yayıldığı elan edilib, Reyunyonda isə o artıq sona çatıb.