Türkiyənin Van vilayətinin Baxçasaray qəsəbəsində dünən axşam saatlarında qar uçqununa düşənlərin axtarışı davam edir.
Bu gün axtarışlar zamanı xilasedicilər də qar uçqununun altında qalıb. Əraziyə çoxlu sayda xilasedici cəlb edilib.
Hadisə ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Daxili İşlər naziri Süleyman Soyluya zəng edərək ətraflı məlumat alıb və müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, dünən baş vermiş uçqun zamanı mikroavtobus və ağır texnika qar altında qalıb. Axtarışlar nəticəsində qarın altından 5 nəfərin cəsədi çıxarılıb, 7 nəfər isə sağ olaraq xilas edilib. Daha 2 nəfər qar altında qaldığı üçün axtarışlar davam edirdi./baku.ws