Türkiyənin İstanbul şəhərindən Düzcə istiqamətində gedən sərnişin avtobusunda çemodanda aparılan piton ilan qaçıb.
“Report” “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, Düzcəyə çatan sərnişin çemodanını götürərək avtovağzalı tərk edib.
Çemodana baxdıqda ilanı tapa bilməyən sərnişin avtovağzala qayıdaraq başına gələni danışıb. Hadisə təşvişə səbəb olub.
Avtobus sürücüsü və onun köməkçisi 1 saatlıq axtarışda sonra pitonu avtobusun ön qismindən tapa biliblər.