Çinin Uxan şəhərində küçəyə maskasız çıxan qadın vəhşicəsinə döyülüb.
Sondakika.com-un xəbərinə görə, bu barədə sosial şəbəkələrdə video yayılıb.
Maskasız şəhərə gəzməyə çıxan qadın səlahiyətli şəxs tərəfindən təhqir edilib.
Daha sonra həmin şəxs qadının saçlarından sürüyərək, onu şillə-təpik vuraraq döyüb.
Qeyd edək ki ölümcül virusun yayıldığı Uxan şəhərində insanlar yoluxmamaq üçün maska geyinmədən evdən çölə çıxmırlar./oxu.az