İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) komandirlərindən biri, general Asgar Paşapor öldürülüb.
Bu barədə İran dövlət televiziyasının saytı “iribnews” məlumat yayıb. Məlumata görə, Paşapor ötən gün Suriyanın Hələb şəhərində müxaliflərlə baş verən atışma zamanı qətlə yetirilib.
Bildirilir ki, o, yanvarın 3-də ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülən İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin dostu olub./qafqazinfo