Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynanın paytaxtı Kiyevdə rəsmi qarşılanma mərasimi olub.
“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, o, Ukrayna prezidenti Vladimir Zelenski ilə təkbətək görüş keçirəcək. Səfər çərçivəsində Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Şuranın VIII iclası olacaq. İki ölkənin liderləri toplantıda iştirak edəcəklər.