İranın İsfahan vilayətində yeni koronavirusa yoluxmaqda şübhəli bilinən bir kişi nəzarətə götürülüb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin ictimai əlaqələr şöbəsinin müdiri Kiyanuş Cahanpur deyib. K.Cahanpurun sözlərinə görə, həmin şəxs İsfahanın Farabi xəstəxanasında yatırılıb.
Cahanpur əlavə edib ki, analizlər götürülərək Tehran Virologiya İnstitutuna göndərilib.
Qeyd edək ki, nəzarətə götürülən şəxs İsfahan aeroportunun işçisidir.
Əlavə edək ki, Çində 13,8 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub. 2019-nCoV koronavirusundan ölənlərin sayı 304 nəfərə çatıb. Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.