Daha 1 nəfər koronavirusdan öldü - Bu dəfə Çində deyil

12:18 - 2 Fevral 2020 - DÜNYA

Çinin Uhan şəhərindən yayılmağa başlayan koronavirus Filippində də tapılıb.

“Qafqazinfo”nun Ümumdünya Səhiyyə Təşkilatına istinadən məlumatına görə, bu ölkədə Uhandan olan 44 yaşlı kişi dünyasını dəyişib.

Qeyd edilir ki, həmin şəxs Filippin ərazisində bu virusa yoluxan ikinci adam olub. O, fevralın 1-də vəfat edib. ÜST-ün nümayəndəsi qeyd edib ki, bu, Çinin hüdudlarından kənarda qeydə alınan ilk ölüm hadisəsidir.

Hazırda ölkənin Səhiyyə Departamenti kişinin kontakda olduğu insanları müəyyənləşdirir.

 

Xəbər xətti