Çində quş qripi yayılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumata görə, H5N1 quş qripi Xunan əyalətində qeydə alınıb.
Nazirlik bildirib ki, fevralın 1-də Kənd Təsərrüfatı Nazirliyi Çinin Şaoyan şəhəri ərazisində cücə-broylerləri arasında H5N1 quş qripinin yayılması haqqında hesabat alıb.