Rusiyanın Orlov vilayətində rezin zavodunda baş vermiş partlayış nəticəsində ölənlərin hamısı Türkiyə vətəndaşı olub.
APA-nın xəbərinə görə, bu barədə Orlov vilayətinin qubernatoru Andrey Klışkov "Rossiya 24" kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, partlayış nəticəsində 5 nəfər həyatını itirib.