Çinin Hubey vilayətinin rəhbərliyi karantindən imtina edən koronavirus (2019-nCoV) daşıyıcılarının cinayət məsuliyyətinə cəlb ediləcəyini açıqlayıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə bölgənin İctimai Təhlükəsizlik İdarəsi məlumat yayıb.
İdarə səhiyyə sahəsində səhlənkarlığa qarşı ciddi mübarizə aparılacağını açıqlayıb. Məlumata görə, ictimai yerlərdə tüpürən və virusu şüurlu şəkildə yayan koronavirus daşıyıcıları barədə cinayət işi açıla bilər.
Həmçinin koronavirus diaqnozu qoyulmuş və ya şübhəli bilinən şəxslər karantindən qaçarsa, cəzalandırılacaqlar.