Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirus aşkarlanıb.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Profilaktika Nazirliyi məlumat yayıb.
Xəstəlik Çinin Uhan şəhərindən gəlmiş ailənin üzvlərində aşkar edilib.
Bildirilib ki, xəstələrin vəziyyəti stabildir, hazırda onlar tibbi müşahidə altındadırlar.