Koronavirusun törətdiyi yeni tip pnevmoniyanın yayılma ocağı olan Hubey əyalətinin paytaxtı Uhan şəhərinin meri Jou Sianvanq əhali qarşısında günahkar olduğunu etiraf edərək istefa verməyi düşünür.
Bu barədə şəhərin rəhbəri Çin Mərkəzi Televiziyasına müsahibəsində bildirib.
“Əgər bununla virusun yayılmasını əngəlləmək mümkündürsə, mən istefa verərək beləcə üzrxahlığımı çatdırmaq istərdim”, - deyən mer şəhərdə qapalı rejim tətbiqinin sərt qərar olduğunu da qeyd edib: “Əhalisi 10 milyondan artıq olan bir şəhərə dair belə bir addım bəşər tarixində ilk dəfədir atılıb. Biz virusun yayılmasına mane olmaq üçün şəhərdə giriş-çıxışı bağladıq, bununla, bəlkə də, tarixdə xoşagəlməz ad çıxarmışıq. Mövcud təhlükənin nə qədər ciddi olacağını təxmin edə bilmədiyimizə görə şəhərə girişləri bağlamaq məcburiyyətində qaldıq”..report