İranda güclü zəlzələ olub

18:10 - 27 Yanvar 2020 - DÜNYA

İranın Fars əyalətində güclü zəlzələ baş verib.

APA-nın məlumatına görə, Fars əyalətinin Xanə Zənyan bölgəsində qeydə alınan zəlzələ 5.4 bal gücündə hiss olunub. Bölgəyə xilasedicilər və ekspert qrupu göndərilib.

Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

Xəbər xətti