Çində koronovirusdan ölənlərin sayı 80 nəfərə çatıb
08:13 - 27 Yanvar 2020 - DÜNYA
Çində koronavirusun indiyədək müəyyən olunmamış növündən (2019-nCoV) ölənlərin sayı 80 nəfərə çatıb, yoluxanların sayı 2,4 min nəfəri ötüb.
“Report” xəbər verir ki, koronavirusa ən çox yoluxma və ölüm halları elə virusun aşkarlandığı Xubey vilayətində baş verib.
Pekində 68 nəfərin, Rusiya ilə sərhəddə yerləşən Xeyluntsyan vilayətində 16 nəfərin virusa yoluxması təsdiqlənib. Onlardan biri dünyasını dəyişib.
Çinin hakimiyyət orqanları koronavirusun yayılmasının qarşısını almaq üzrə tədbirlər çərçivəsində xaricə qrup turist səfərlərinin yanvarın 27-dən dayandırılmasına qərar verib.
Artıq turizm agentləri vasitəsilə xaricə aviabiletlər almaq və xaricdə otel sifariş etmək mümkün olmayacaq.