Çinin Bazara nəzarət və tənzimləmə İdarəsi, Kənd Təsərrüfatı və Kənd Ərazilərinin İnkişafı Nazirliyi, Meşə Təsərrüfatı İdarəsi koronovirusla əlaqədar vəhşi heyvanların ölkə ərazisində istənilən formada satışı və daşınmasını qadağan edib.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Çin hökuməti istehlakçılara vəhşi heyvanlarının ətindən istifadənin hansı təhlükələrə səbəb olacağı barədə xəbərdarlıq edib, bunun dərk edilməsini zəruri sayıb və insanlara sağlam qidalardan istifadə tövsiyə olunub.
Xatırladaq ki, Çin 31 dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatına Vuhan şəhərində naməlum virus yoluxması barədə məlumat verib. Mütəxəssislər bunun “2019-nCoV” tipli koronavirus olduğunu müəyyənləşdiriblər.
Çinin Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Milli Mərkəzi yeni tip kronavirusun 90 faiz yarasaların orqanizmindəki koronavirusa bənzədiyini müəyyənləşdirib.