Meksikada naməlum şəxslərin otelə hücumu nəticəsində 9 nəfər öldürülüb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə Meksikanın Quanaxuato ştatında yerləşən "San Fernando" otelində baş verib.
Yerli mətbuatın verdiyi xəbərə görə, silahlı şəxslər avtomobilə minərək hadisə yerindən qaçıblar.
Hadisə ilə bağlı araşdırma başladılıb.