II Yelizaveta “Brexit” sazişini təsdiqləyib

19:14 - 23 Yanvar 2020 - DÜNYA

Böyük Britaniya kraliçası II Yelizaveta “Brexit” sazişini təsdiqləyib.

APA-nın verdiyi xəbərə görə, beləliklə Britaniyanın 31 yanvarda Avropa İttifaqını tərk etməsi üçün bütün əngəllər aradan qalxıb. Son olaraq isə Brüssel tərəfindən sazişin rəsmiləşdirilməsi üçün daha bir neçə addım atılmalıdır.

Xatırladaq ki, bundan əvvəlki mərhələlərdə saziş parlamentin İcmalar Palatası və Lordlar Palatası tərəfindən təsdiqlənib.

Xəbər xətti