Naməlum şəxslər Moskvanın cənub-qərbindəki hotelə girərək vətəndaşlarla yaranmış münaqişə zamanı atəş açıblar.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in Moskva Baş İdarəsindən bildirilib.
Məlumata görə, hələlik müəyyən edilməmiş silahdan açılan bir neçə atəş nəticəsində 2 kişi güllə yarası alıb. Onlar xəstəxanaya çatdırılıblar.
Polis faktla bağlı araşdırma aparır.