Kiyevdə “Müxalif platforma- Həyat üçün” partiyasının deputatı İlya Kivanın iştirakı ilə kafelərin birində dava baş verib.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, insident paytaxtın “Mokko” kafesində olub. Deputat davanın videosunu sosial şəbəkədə paylaşıb. Kiva açıqlamasında ona yumruq atan şəxsin daha əvvəl sosial şəbəkədə onu hədələdiyini, təhqir etdiyini bildirib. Millət vəkilinin sözlərinə görə, kafedə əvvəlcə özünü normal aparmayan şəxsə yaxınlaşaraq ona xəbərdarlıq edib. Bu zaman isə deputata gözlənilməz zərbə dəyib.
Kiva baş verənləri siyasətlə əlaqələndirib. Hadisə yerinə polis çağrılıb və insident tərəfləri bölməyə aparılıb.
Ukrayna mətbuatının məlumatına görə, Kivaya yumruq vuran şəxs veteran Mixail Mayman olub.