Almaniya XİN zarafatına görə üzr istədi

20:19 - 17 Yanvar 2020 - DÜNYA

Almaniya Xarici İşlər Nazirliyi Tvitterdə viza ilə bağlı etdiyi zarafatına görə sosial şəbəkə istifadəçilərindən üzr istəyib.

“Qafqazinfo”nun məlumatına görə, #SeduceSomeoneInFourWords fləşmobu çərçivəsində iştirak üçün dörd sözdən ibarət “cəlbedici” ifadənin yerinə, qurumun səhifəsində “Sizin vizanız təsdiqlənib” (Your visa got approved) yazılıb.

Sosial şəbəkə istifadəçilərinin əksəriyyətinə bu zarafat xoş gəlməyib. Xüsusilə də, bunu viza almaqda çətinlik çətən insanlar tənqid edib. Nazirlik yazının çoxlu bəyənmə toplamasına baxmayaraq, onu silib.

“Görünür, zarafatlar heç də həmişə bizim güclü tərəfimiz deyil. Biz daha əvvəlki tviti sildik və həmin tvitdən incinən hər kəsdən üzrxahlıq edirik. Biz bilirik ki, vizaların rəsmiləşdirməsi prosesi çətindir və onların verilməsi ilə bağlı qərarlar insanların həyatına güclü təsir edə bilər. Bizim həmkarlar bu qərarlara çox ciddi yanaşırlar”, - qurum yazıb.


Xəbər xətti