Mərdəkanda basqın törədib Biləsuvara qaçdılar - Foto

13:32 - 15 Yanvar 2020 - HADİSƏ

Xəbər verdiyimiz kimi, Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən zoomarketə basqın olub.

“Qafqazinfo” xəbər verir ki, DİN-in yaydığı məlumata əsasən, basqını həyata keçirən şəxslərdən biri əvvəllər həmin zoomarketdə işləyib.

Belə ki, 2 nəfər mağazanın sahibi H.Babayevə bıçaqla xəsarət yetirərək onun cibində olan 14000 manat pulu ələ keçirib. Əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən iki nəfər paytaxt sakini Ehtiram Əliyev və Ələsgər Əliyev qısa zamanda tutulublar. Hadisədən sonra hər iki şəxs Biləsuvar rayonuna qaçsa da, polislər onların izinə düşə biliblər.

Faktla bağlı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 


Xəbər xətti