ABŞ hökuməti Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair danışıqlarda destruktiv mövqe nümayiş etdirdiyinə görə Şimali Koreyaya yeni sanksiyalar tətbiq edib.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, sanksiya Şimali Koreyaya məxsus “Namgang Trading Corp” və “Beijing Sukbakso” şirkətlərinə tətbiq edilib.