Ruhani təsdiqlədi: Tehran Pentaqonu terror təşkilatı kimi tanıdı

16:54 - 13 Yanvar 2020 - DÜNYA

İran Prezidenti Həsən Ruhani parlamentin Pentaqonu terror təşkilatları siyahısına salmaqla bağlı qanun layihəsini təsdiqləyib.

Məlumata görə, bundan sonra İranda Pentaqonun və onunla bağlı bütün müəssisə və təşkilatların üzvləri terrorçu hesab olunacaq.

Xatırladaq ki, 2019-cu ilin aprelində İranda qəbul edilən qərarla ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı qadağan olunmuş təşkilat kimi tanınmışdı./oxu.az

 

Xəbər xətti