Türkiyənin iki vilayətində məktəblər bağlandı

12:32 - 13 Yanvar 2020 - DÜNYA

Türkiyənin şərqindəki Van və Hakkari vilayətlərində güclü qar səbəbi ilə məktəblərdə dərslər dayandırılıb.

Məlumata görə, ümumilikdə 6 yaşayış məntəqəsində məktəblər bağlanıb.

Van vilayətində qar 200-dən çox kəndə gediş-gəlişi çətinləşdirib.

Xatırladaq ki, yanvarın 9-da Karabük, Karaman və Konya vilayətlərində qar səbəbi ilə əlaqədar məktəblər bağlanmışdı./trend

 

Xəbər xətti