Ermənistanın “Armenia Airways” aviaşirkəti Yerevan-Tehran reysi ilə uçuşları dayandırıb.
Bu barədə “Report” aviaşirkətin “Facebook”dakı səhifəsinə istinadən xəbər verir.
Qeyd edilir ki, bu, təhlükəsizlik məsələləri ilə bağlıdır.
"Məlumatlandırırıq ki, “Armenia Airways” aviaşirkətinin yanvarın 12-də planlaşdırılmış Yerevan - Tehran-Yerevan AMW111/112 reysi təhlükəsizliklə bağlı ləğv olunur", - xəbərdə deyilir.
Həmçinin qeyd olunur ki, reysin sərnişinləri şirkətin baş ofisinə və ya satış üzrə agentlərə müraciət edərək biletləri başqa vaxta dəyişə bilərlər. "Narahatlığa görə üzr istəyirik, amma biz ilk növbədə sərnişinlərimizin təhlükəsizliyi təmin edirik", - şirkətdən bildirilib.
Yerevan aeroportunun "Zvartnos" elektron tablosunun məlumatına görə, Tehrana reys Bakı vaxtı ilə saat 16:00-da planlaşdırılmışdı.