Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə, "Basiani" klubunda baş verən insidentlə bağlı məlumat yayıb.
Hadisəni törədən şəxs "isti izlər"lə saxlanılıb.
Məlumata əsasən, həmin şəxs klubun girəcəyində atəş açaraq 3 nəfəri yaralayıb və hadisə yerindən qaçıb. Yaralıların həyatı təhlükədə deyil.
Saxlanılan şəxsin üzərindən odlu silah, 6 bıçaq və 23 patron götürülüb. Onu 16 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir./report