“Lufthanza” və “Austrian Eyəlayn” aviaşirkətləri yanvarın 20-nə qədər Tehrana uçuşları dayandırıblar.
Axar.az xəbər verir ki, bu barədə qərarı aviaşirkətlər təhlükəsizlik məqsədiylə qəbul edib. Qeyd edək ki, bundan öncə ABŞ öz aviaşirkətlərinin İran üzərindən uçuş həyata keçirməsini qadağan edib. Buna səbəb isə Ukrayna təyyarəsinin İranda qəzaya düşməsi göstərilib. Sonradan İran bu təyyarəni təsadüfən vurduğunu etiraf edib.