Binəqədidə mebel sexi yanıb

09:15 - 11 Yanvar 2020 - HADİSƏ

Bakı şəhərinin Binəqədi rayonunda mebel sexi yanıb. Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 1200 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 200 m² olan mebel sexinin dam örtüyünün taxta atmaları və içərisindəki taxta materiallar yanıb. Bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti