İranın Tehran vilayәtinin Parand şәhәri yaxınlığında qәzaya uğrayan Ukraynaya mәxsus tәyyarә sәhvәn vurulub.
Bu, İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahının bәyanatında bildirilir. Bu barәdә Trend ISNA-ya istinadәn mәlumat verib. Bәyanatda bildirilir ki, İranın İraqda ABŞ hәrbi bazasına hücum vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. Bәyanata әsasәn, İranın havadan müdafiәsi İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsini İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirib. Bәyanatda qeyd olunur ki, İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyir vә aparılan islahatlar nәticәsindә bir daha belә hadisәnin baş vermәsini qeyri mümkün edib. İranın adı çәkilәn orqanı әsas sәbәbkarın Silahlı Qüvvәlәrin Baş Qәrargahının әdliyyә orqanına elan olunmasını vә qanuni çәrçivәdә addımın atılacağını elan edib.