Ukrayna İranda düşən təyyarə ilə bağlı bu ehtimalları araşdıracaq

20:51 - 9 Yanvar 2020 - DÜNYA

Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov İranda düşən “Boeing-737” təyyarəsi ilə bağlı məlumat paylaşıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məlumatda 176 nəfərin öldüyü qəzanın terror hücumu olması variantı üzərində dayanıldığı qeyd olunub. Bundan başqa, raketlə vurulma, yad cisimlə toqquşma, mühərrikdə yaranan problem və ya partlayış ehtimalları da araşdırılacaq.

Qeyd edək ki, ukraynalı mütəxəssislər artıq İrandadır. Onların arasında 2014-cü ildə Malayziya Hava Yollarına məxsus “MH17” təyyarə qəzasını araşdıran mütəxəssislər də var.

 

Xəbər xətti