İraqda hökumət binalarının və xarici səfirliklərin, nümayəndəliklərin yerləşdiyi mühafizəsi gücləndirilmiş “yaşıl bölgə”yə iki raket zərbəsi endirilib.
APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə İraq hərbi qüvvələrinin məlumatında bildirilib. Yerli polisin açıqlamasında qeyd edilib ki, raketlərdən biri ABŞ səfirliyinin 100 metrliyində partlayıb.
Bildirilib ki, “yaşıl bölgə”yə 2 “Katyuşa” raketi atılsa da, heç bir itki qeydə alınmayıb.
Hələlik məsuliyyəti üzərinə götürən tərəf olmayıb.