Cəlilabadda 46 yaşlı qadını qohumları döyüb

23:29 - 8 Yanvar 2020 - HADİSƏ

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Turabova Gülbəniz Hacıbala qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya gətirilib. Yaralı qadına müvafiq tibbi yardım göstərilib. Məlumata görə, qadın qohumları tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti