ABŞ İraqın Ənbar əyalətində B-52 strateji bombardmançıları üçün aerodrom inşa etmək niyyətindədir.
Aerodromun Əyn əl-Əsəd avibazasında tikilməsi nəzərdə tutulur. Qeyd olunur ki, bazada fəaliyyət göstərən hərbçilər B-52 üçün uçuş-eniş zolağının salınması üçün aerodromun infrastrukturunu genişləndirib.
Daha əvvəl Pentaqon Yaxın Şərqə 200 əlavə hərbçinin və 6 ədəd B-52 bombardmançısı göndərməyi planlaşdırdığını açıqlamışdı./trend