Xorvatiyanın Sosial Demokrat Partiyasının (SDP) sədri və ölkənin keçmiş baş naziri Zoran Milanoviç prezident seçkilərində qalib gəlib.
“İnterfaks” xəbər verir ki, bu barədə Xorvatiyanın Dövlət Seçki Komissiyası qeyri-rəsmi məlumat yayıb. Məlumata əsasən, siyasətçiyə seçicilərin 52,7 faizi səs verib. Ölkənin hazırkı prezidenti Kolinda Qrabar-Kitaroviç isə 43,7 faiz səs toplayıb.
Xatırladaq ki, Kolinda Qrabar-Kitaroviç 2015-ci ilin fevralından Xorvatiyaya başçılıq edib. /oxu.az