Goranboyda mikroavtobus yanıb

20:52 - 5 Yanvar 2020 - HADİSƏ

Goranboy rayonunun Borsunlu kəndində “Mercedes” markalı mikroavtobusun mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti