İraq BMT-yə ölkədə ABŞ-ın zərbələri ilə bağlı rəsmi etiraz notası göndərib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı bildirib. "İraqın Xarici İşlər Nazirliyi BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasına ölkənin ərazisində ABŞ-ın zərbəsi ilə əlaqədar rəsmi şikayət göndərib", - deyə telekanal qeyd edib.